Əliyev Tokayevi təbrik etdi

Ölkə prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, 

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

kasim

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır.

İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

“Qorbaçov Azərbaycana qarşı cinayətlərini təkzib edə bilmir…” – DEPUTAT YAZDI

Read Next

Prezident Vonierlə görüşdü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir