Əliyev Yaponiyanın imperatorunu təbrik etdi

Ölkə prezidenti İlham Əliyev Yaponiyanın imperatoru əlahəzrət Naruhitoya təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Əlahəzrət,

Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

“Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyası genişləndirilməlidir” – PREZİDENT – FOTO

Read Next

“Bu böyük problem və humanitar fəlakətə baxmayaraq…” – İLHAM ƏLİYEV- FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir