Əliyev yeni yolun tikintisi ilə bağlı Sərəncam imzaladı…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabinetinə isə bu sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Etikxeber.az

Read Previous

Naftalanda kanat yolu çəkiləcək

Read Next

Yaşamaq üçün ən rahat şəhər – VYANA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir