Əliyevdən Kitaroviçə: “Xorvatiya xalqına daim sülh və rifah diləyirəm”

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya Respublikasının prezidenti  Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Etikxeber.az-ın xəbərinə görə, təbrik deyilir:

“Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm”.

Etikxeber.az

Read Previous

Kılıcdaroğlu misirlilərə səsləndi: “…DÖNÜB TÜRKİYƏNİN KEÇMİŞİNƏ BAXIN”

Read Next

“Nəsimi şeirində “pərdə” və pərdənin ardındakılar…” – AKADEMİK YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir