Əmək müqaviləsinə xitam verilən işçilərə ayrılacaq müavinətlər müəyyənləşdirildi – FOTO

Mayın 12-də Milli Məclisin  (MM) Əmək və sosial siyasət komitəsinin  növbəti  iclası  keçirildi. 

Etikxeber.az-ın xəbərinə görə, iclası  açan komitə  sədri Hadi Rəcəbli “Veteranlar  haqqında” və Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrindəki texniki  dəyişiklikləri  diqqətə  çatdırdı.  O, qeyd  etdi ki, Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.

Əmək Məcəlləsinin  72-ci, 74-cü və 77-ci  maddələrində edilən dəyişikliklərə görə, bundan sonra müqavilələr müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əvvəlki  varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanılırdı.

sosial B

***

Eyni zamanda qeyd edək ki, layihəyə görə, qeyd olunan maddənin 1-ci bəndində deyilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir:

– bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

– bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

– beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

– on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir”.

Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

– bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.

Hazırda qüvvədə olan variant isə belədir: Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə: orta əməkhaqqından az olmamaqla işdən çıxarma müavinəti;

– işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir.

***

Sonra komitədə “İşsizlikdən  sığorta  haqqında”  qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi.

Sənədlə bağlı MM Aparatının Sosial  qanunvericilik  şöbəsinin sektor müdiri Adil Vəliyev ətraflı məlumat verdi.

Qeyd  edildi ki, qanun layihəsi ölkəmizin  sosial  həyatında  çox  vacib bir sferaya həsr  olunur. Dövlət  siyasətinin  əsas  elementlərini  özündə ehtiva edən qanun layihəsi əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin və sabitliyin təmin edilməsinə yönəlib. Bildirildi ki, 4 fəsil, 26 maddədən ibarət  sənədin  əsas  məqsədi  işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri  tapdığı dövrədək itirilmiş  gəlirlərin tam və ya qismən kompensasiya  edilməsinə və onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. İşsizlikdən sığorta sisteminin dünyanın 72 ölkəsində  çox uğurlu fəaliyyət  göstərdiyini vurğulayan Adil Vəliyev qanun layihəsindəki ümumi  müddəaları açıqladı. Sənəddəki əsas  anlayışlar, işsizlikdən sığortanın məqsədi, əhatə dairəsi, hüquqi əsasları və prinsipləri,  işsizlikdən  sığorta subyektlərinin hüquq və vəzifələri şərh edildi.

Komitə  üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı Məşğulluq Mərkəzinin  nümayəndələri  sənədlə  bağlı fikirlərini bildirdilər,  qanun layihəsinin  bazar  münasibətləri şəraitində  işsizlikdən  müdafiə sisteminin inkişafı baxımından çox əhəmiyyətli və vacib olduğunu vurğuladılar. Qeyd  olundu ki,   sənəd  bu sahədəki mövcud  boşluqları dolduracaq.

Ətraflı  müzakirələrdən sonra hər 3 qanun layihəsi MM-in plenar  iclasına tövsiyə  edildi.

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

Düşmən atəşkəs rejimini 135 dəfə pozub

Read Next

Azərbaycan “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadasında təmsil olunacaq – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir