Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçiriləcək.
Bu haqda Etikxeber.az-a adıçəkilən komitənin üzvü Jalə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, iclas saat 14:00-da keçiriləcək.
Qeyd edib ki, iclasda bir neçə qanun layihəsinə təklif edilən dəyişikliklər layihələrinə baxılacaq və onlar müzakirələrdən sonra MM-in növbəti plenar iclasına tövsiyə olunacaqlar.
Qeyd edək ki, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər layihəsi də müzakirəyə çıxarılacaq.
Belə ki, dəyişikliklərə əsasən qanunda mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib.
Bu da öz növbəsində əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.
Etikxeber.az