Əməkdar artist Moskvada vokal gecəsində çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fəridə Məmmədova oktyabrın 7-də Moskvada görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illik yubileyi münasibətilə təşkil olunacaq vokal gecəsində iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, “ProkofyevFEST” festivalı çərçivəsində baş tutacaq gecəyə Rusiya ilə yanaşı, bir sıra ölkələrdən görkəmli musiqiçilər qatılacaq.

Rusiya Musiqi Mədəniyyəti Muzey Mərkəzində keçiriləcək konsertdə Fəridə Məmmədovanı fortepianoda Əməkdar Artist Gülşən Ənnağıyeva müşayiət edəcək.

Etikxeber.az

Read Previous

İlin əvvəlindən 275 çoxmərtəbəli bina qazlaşdırılıb

Read Next

Münasibətlər çox yüksək səviyyədədir və strateji xarakter daşıyır – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir