Əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq – MƏMMƏDYAROV

Elmar Məmmədyarov QDİƏT PM-in Ba Assambleyasına məktub göndərdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)Parlament Məclisinin (PM) 53-cü Baş Assambleyasına təbrik məktubu oxunub. 

Etikxeber.az xəbər verir ki, təbrik məktubunda bildirilir ki, bu qurumun fəaliyyəti qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Nazir bildirib ki, QDİƏT-in tam hüquqlu üzvü olaraq Azərbaycan üçün ticarət, nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, İKT sahəsində əməkdaşlıq önəmlidir.

“Bununla yanaşı, Azərbaycan QDİƏT-ə sədrlik etdiyi dövrdə ticarət vasitəsi ilə əlaqələri gücləndirmək və regional ticarətlə bağlı bir sıra tədbirlər həyata keçirib. Eyni zamanda, sərhədlərdən keçmə, əməkdaşlığın inkişafı istiqamətində səylər göstərilib. Ümidvaram ki, növbəti ölkənin sədrliyi dövründə əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq”-deyən E.Məmmədyarov məktubunda qeyd edib ki, Qara dəniz regionunun rifahı gələcəkdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və tolerantlıq yolu ilə təmin oluna bilər: “Bu baxımdan İstanbul sammiti Bəyannaməsində nəzərdə tutulan prinsiplərə uyğun olaraq, Azərbayan QDİƏT dövlətlərdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır. Baş Assambleyaya uğurlu işlər arzu edirəm. İnanıram ki, görülən işlər əməkdaşlığımıza mühüm təkan verəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Pensiyalar 200 manat olacaq – OKTYABRIN 1-DƏN

Read Next

Ölkənin müdafiə xərcləri də artırılır – 5 FAİZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir