Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Vahid Əhmədov parlamentin plenar iclasında çıxışı zamanı “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin daha 1 il uzadılmasını təklif edib.
Etikxeber.az-ın xəbərinə görə, V. Əhmədov qeyd edib ki, bu qanunun müddəti dekabrın 4-də bitir.
“Bizim hazırda işğaldan azad eidlmiş ərazidiə iqtisadi layihələr həyata keçiririk. Bundan əlavə, ölkədə pandemiya tüğyan edir. Buna görə də , həmin qanun layihəsini 1 il müddətinə uzatmalıyıq. Bildiyimə görə, sabah Maliyyə Sabitliyi Şurasının iclası keçirilməldiir. Cənab Baş Nazirdən xahiş edirəm ki, qanunun müddətinin uzadılmasıyla bağlı Prezident qarşısında məsələ qaldırsın. Əmanətlərin tam sığortalanmasının uzadılmaması sonradan problem yaradar”-deyə, V. Əhmədov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





