Əmisi də, özü də Şəhid olan Qazi oğlu Kənan…İki övlad atası Elman və Bəhruz…Yenidən, ikinci dəfə təltif olunan Şəhidlərimiz…-KAMİL HƏMZƏOĞLU YAZIR

Daha 3 İgidimiz, daha 3 nur üzlü Şəhidimiz…

32 illik Qarabağ savaşında 30-dan çox Şəhid verən Qəhrəman Qızılhacılımın İkinci Vətən Müharibəsi Qəhrəmanları, Şəhidləri…

Ələkbərli Kənan Müşfiq oğlu və Həsənov Elman Mehman oğlu, o cümlədən, Natalanımın İgid balası Quliyev Bəhruz Firuz oğlu

Haqlarında da, İgidlikləri barədə də bir neçə dəfə yazmışam-həm sosial şəbəkə hesabımda-Fb səhimdə, həm Etikxeber.az-da…

44 günlük İkinci Vətən Müharibəsində gözlərini qırmadan qanları, canları ilə Dastan yazan, qəhrəmancasına həlak olan Şəhidlərimiz ikinci dəfə medalla təltif olunublar…

Birinci dəfə “Vətən uğrunda” medalına layiq görülmüşdülər…

Bu dəfə, üç gün öncə isə “Laçının azad olunmasına görə” medalı ilə təltif olundular-Ali Baş Komandan tərəfindən.

26 yaşlı Kənan yenicə nişanlanmışdı, toyu olacaqdı…Amma…

27 yaşlı MAXE Elman isə evliydi, iki balası Vətənə əmanət qaldı…

Kənan həm də Birinci Vətən Müharibəsinin Şəhidlərindən olan İgid, Qəhrəman, Cəngavər-rəhmətlik Cabbarın qardaşı oğlu idi…

Cabbar 1994-cü ilin yanvarında Ağdərədə, Akop-Kamaridə ağır döyüşlərdə Şəhid olmuşdu…Subay idi…

Kənan atası Müşfiq də Birinci Vətən Müharibəsinin İgidlərindən, Qazilərindəndir…

Bəhruz da iki övlad atasıydı…Suqovuşan uğrunda ağır döyüşlərdə Şəhid olmuşdu…

Medal(lara) layiq görülən Şəhidlərimizin hər üçü, o cümlədən, Cabbar qardaşımız, nur içində yatsın, məkanları cənnətlik, məqamları Uca olsun!

Daim qəlbimizdə yaşayacaqlar!

Müqəddəs və əziz ruhları qarşısında baş əyirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“2020-ci il tarixdə Qələbə ili kimi qalacaq…Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq…”-ÖLKƏ PREZİDENTİ AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (2)

Read Next

“Artan iqtisadi, sosial imkanlar… Ərazilərin bərpası, quruculuq işləri, dinc birgəyaşayış…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (DÖRDÜNCÜ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir