Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya dövlət federal statistika xidməti (Rosstat) ölkənin regionlarında boşanmaların sayı barədə məlumat yayıb.
Etikxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-aprel aylarına olan statistikaya əsasən, Rusiya Federasiyasında ən az boşanma halı Şimali Qafqaz respublikalarında qeydə alınıb.
Bu göstərici üzrə birinci yerdə Çeçenistan respublikası dayanır.
Orada hər min nəfərə 0,6 boşanma düşür. Siyahıda ikinci yerdə İnquş respublikası (0,8), üçüncü yerdə Dağıstan respublikasıdır (1,1). İlk beşliyə, həmçinin Şimali Qafqaz federal dairəsinin daha iki regionu daxil olub: Kabardin-Balkar (1,8) və Şimali Osetiya (1,9).
Nikahın pozulması halları isə ən çox Saxalin vilayətində baş verib. Orada hər min nəfərə 5,1 boşanma qeydə alınıb.
2019-cu ilin yanvar-aprel aylarında Rusiyada ümumilikdə 145 minə yaxın nikah pozulub.
Etikxeber.az