“…Ən böyük ehtiram Vətən Müharibəsi nəticəsində qazanılan Böyük Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi oldu”-MİLLƏT VƏKİLİ

Bu gün Ermənistan hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımının anım günüdür. Azərbaycanda zəif hakimiyyətin olmasından istifadə edərək Ermənistan rəhbərliyi 26 fevral 1992-ci il gecəsi silahsız Xocalı şəhərinin mülki şəxslərinə qarşı qətliam törətdilər. Yüzlərlə qoca, qadın, uşağın vəhşicəsinə öldrülüdüyü həmin gecənin qanlı tarixi bu gün dünyada insanlığa sığmqyan bir vəhşilk və amansızlıq kimi tanınır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Bildirib ki, xalqımız bu tarixi heç zaman unutmayacaq.

“Günahsız öldürülən xocalıların xatirəsinə ən böyük ehtiram Vətən Müharibəsinin nəticəsində qazanılan Böyük Zəfər, torpaqlarımızın Ermənistan işğalından azad edilməsi oldu. Müstəqil və güclü Azərbaycan dövləti vətəndaşlarımızın təhlükəsizliyinin ən böyük qarantıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sensasiya xətrinə, həm də olmayan, deyilməyən bir ifadəyə görə kimisə, xüsusən, Azərbaycan qadınını hədəfə almaq yolverilməzdir”-DEPUTAT SPİKERİN MÜDAFİƏSİNƏ QALXDI

Read Next

Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı-PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir