Ən çox müraciətlər ailmentlərlə bağlı müraciətlərdir – DÖVLƏT KOMİTƏSİ

Komitəmizə ən çox müraciətlər ailmentlərlə bağlıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib.

sadaqattt

O, qeyd edib ki, neçə illərdir bu istiqamətdə addımlar atılsa da, ailment problemi hələ də ciddi problem olaraq qalmaqdadır:

“Bizə edilən müraciətlərin ön sırasında aliment problemi gəlir. Çünki boşanmalardan sonra bir çox atalar aliment verməkdən yayınır, boyun qaçırırlar. Bununla yanaşı, bizə ən çox edilən müracətlərdən biri də ailə-məişət zorakılığı ilə bağlıdır. Hələ də bölgələrimizdə ailə-məişət zorakılığından əziyyət çəkən insanlarımız var və bunlar azlıq təşkil etmir. Mən heç də o fikirlə razılaşmıram ki, ailədaxili konfliktlərin, zorakılıqların, boşanmaların kökündə maddiyyat, iqtisadi məsələr dayanır. Bu, belə deyil. Burada daha çox mənəvi fakorlar özünü göstərir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər – AQİYƏ NAXÇIVANLI

Read Next

Ailələrdə qızı da, oğlanı da ələbaxımlılığa öyrədirlər – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir