Ən qədim su mənbəyi tapıldı

Kanadalı alimlər dünyada ən qədim su mənbəyi tapıblar.

Etikxeber.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Toronto Universitetinin alimləri Kanadada iki milyard il yaşı olan su mənbəyi aşkarlayıblar. Qədim göl Kanada şaxtalarından birində yer səthindən üç kilometr dərinlikdə tapılıb. Elmi ictimaiyyət bu tapıntını tanıyıb.

Elə həmin şaxtada mütəxəssislər təxminən üç il bundan əvvəl 1,5 milyard il yaşı olan su yataqları kəşf etmişdilər. Onda bu rəqəm alimləri əməlli-başlı təəccübləndirmişdi. Lakin son tapıntı bu rekordu qıra bilib.

Etikxeber.az

Read Previous

“Neftçi” daha bir futbolçu ilə yollarını ayırdı

Read Next

Aybəniz Haşımovanın rəhbərliyi ilə “Sənət Akademiyası” fəaliyyətə başlayır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir