Ən uzun körpü inşa ediləcək

Yaxın zamanda Finlandiyada ölkənin ən uzun körpüsü inşa ediləcək.

Etikxeber.az  “novate.ru” saytına istinadla bildirir ki, Finlandiyanın “Knight Architects” arxitektura şirkətinin layihəsi ilə hazırlanan körpü Helsinki şəhərini Kruunuvuori mikrorayonu ilə birləşdirəcək. Uzunluğu 1,2 kilometr olan körpünün missiyası metropoliten xəttinin yükünü azaltmaqdır.

Onun üzərində əsasən qatarlar və tramvaylar hərəkət edəcək. Eyni zamanda, velosiped üçün zolaq da ayrılacaq.

Layihənin dəyəri 259 milyon avrodur. Körpünün inşasına 2018-ci ildə başlanılacaq. Tikintinin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

Spiker: “Azərbaycan xalqı Nazarbayevin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndirir”

Read Next

Mərkəzi Bank depozit hərracında 44 milyon manat cəlb edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir