Ən yaşlı qadın və kişi seçici məlum oldu…

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 50.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.

Etikxeber.az  məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda seçki məntəqələrinin sayı 5641-dir,  xaricdə  yaradılan və müvəqqəti məntəqələr də bura daxildir.

msk-mezi

O, qeyd edib ki, ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqənddir.

Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir.

Eyni zamanda, Azərbaycanda 337 min 870 məcburi köçkün seçici var.

MSK sədri  bildirib ki, məcburi köçkünlərin səs verəcəyi məntəqələr bütün ölkə üzrə pyalanıb.

Etikxeber.az

Read Previous

Narkoloji Mərkəzdəki yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı

Read Next

Prezident Sabirabadda əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 22 milyon ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir