Ərdoğan Əliyevə zəng etdi, başsağlığı verdi…

Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Etikxeber.az-ın xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

Etikxeber.az

Read Previous

DİN əməkdaşlarının maaşı artırıldı – SƏRƏNCAM

Read Next

Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar 100 milyon ayrıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir