Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martda Rusiyaya səfər edəcək.
Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz “interfax.ru”-ya açıqlamasında deyib.
Türkiyəli səfir deyib ki, Ərdoğanın Rusiyaya bu səfərində əsas hədəf iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Səfir bildirib ki, Ərdoğan Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Bununla da Ərdoğanın Putinlə son altı ayda dördüncü görüşü olacaq. İki ölkənin liderləri arasında keçiriləcək görüşdə Türkiyə ilə Rusiya arasında müxtəlif sahələrdə gələcək əlaqələrin genişləndirilməsinin və inkişaf etdirilməsinin perspektivləri müzakirə olunacaq”– deyə, o, bildirib.
Etikxeber.az