Ərdoğan, Putin və Ruhani yenidən bir araya gələcək – AVQUSTDA

Avqustda Türkiyə, Rusiya və İran liderlərinin sammiti keçiriləcək. 

Etikxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu ənənəvi mətbuat konfransında Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Türkiyə rəsmisi qeyd edib ki, üçtərəfli sammitdə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin Həsən Ruhani Suriyanın İdlib bölgəsindəki vəziyyəti, regionda təhlükəsizlik məsələlərini, digər beynəlxalq problemləri müzakirə edəcəklər.

Onun sözlərinə görə, digər yüksəksəviyyəli görüş isə Türkiyə, Almaniya, Rusiya və Fransa arasında keçiriləcək. Əsas müzakirə mövzusunun Suriyadakı vəziyyət olacağı bu sammit İstanbulda Türkiyə Prezidentinin sədrliyi ilə BMT-nin Baş Assambleyası ərəfəsində təşkil ediləcək.

erdo-putin

İ.Kalın Rusiyadan S-400 raket komplekslərinin alınması məsələsinə də toxunub. Bildirib ki, bu silahlar tezliklər Türkiyəyə gətiriləcək.

O əlavə edib ki, bu müdafiə sistemi digər ölkələrin, xüsusilə NATO-nun təhlükəsizlik sisteminə təhlükə törətmir. Kalın qeyd edib ki, raket sistemlərinin Türkiyənin hansı bölgəsində yerləşdiriləcəyinə isə Silahlı Qüvvələrin Baş Komandanlığı qərar verəcək.

Etikxeber.az

Read Previous

83 yaşlı keçmiş deputata 2 milyon “atdılar”

Read Next

YAP-la ETSN anlaşdı- “TƏBİƏTİN QORUNMASI HAMININ BORCUDUR” – ƏLİ ƏHMƏDOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir