Türkiyə demokratiyaya inananlarla qürur duyur. Dünya, demokratiyaya inananlar Türkiyə ilə qürur duyur.
Etikxeber.az xəbər verir ki, bunu “Millət” İttifaqının liderlərindən olan CXP genəl başqanı Kamal Kılıcdaroğlu deyib.
O, 23 iyunda Türk xalqının, istanbulluların bir daha demokratiya tarixi yazdığını bildirib.
“Bu seçkinin uduzanı yoxdur, hamı bu seçkinin qalibidir. Qazanan Türkiyə, İstanbul, Türkiyə demokratiyasıdır”-deyə, Kılıcdaroğlu əlavə edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Əkrəm İmamoğlunu 23 iyun qələbəsi münasibəti ilə təbrik edib.
Həmçinin, qeyd edək ki, bir qrup AKP-li partiyanın baş mənzil-qərargahı qarşısında partiyanın İstanbul şəhər təşkilatının sədrini istefaya səsləyib.
AKP-li daxili işlər naziri Süleyman Soylu isə istefaçılara xəbərdarlıq edib, “belə bir şey olmaz”-deyə, onları dağılaşmağa çağırıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az