“Ərdoğan yalnız deyil…” – DÖVLƏT BAXÇALI

“Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər etməklə, çox isabətli bir qərar vermiş oldu…”

Etikxeber.az xəbər verir ki, bunu MHP genəl başqanı Dövlət Baxçalı partiyasının qrup toplantısında çıxışı zamanı deyib.

O, qeyd edib ki, MHP bu səfəri dətəkləyir və ümid edir ki, ABŞ yönətimi terrorçu PYD-YPG ilə deyil, müttəfiqi Türkiyə ilə əl sıxışacaq, terrora qarşı Türkiyə ilə birlikdə mübarizə aparacaq.

“Ərdoğanın da bu səfərdə yalnız olmadığını, MHP onun yanın olduğunu bəyan etmək istəyirəm…”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, R. T. Ərdoğanın bu gün ABŞ-a rəsmi səfəri başlayıb və onun yaxın saatlarda Donald Trampla görüşəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

Azərbaycanın “İslamiada”da 40-cı qızıl medalı…

Read Next

Ərdoğan Trampla görüşdü, ABŞ prezidenti yenə vəd verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir