Ərdoğan yenə Rusiyaya gedir…

Bu ilin aprelində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti danışıqlar olacaq.

Etikxeber.az “İzvestiya.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Bildirib ki, prezidentlər iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər. Bu, dövlət başçılarının bu il ərzində artıq üçüncü görüşü olacaq.

İclasda ticarət və iqtisadi sahədə əməkdaşlıq, mədəni əlaqələr və beynəlxalq vəziyyət müzakirə ediləcək.

Qeyd edilir ki, prezidentlər aprelin 8-də Böyük Teatrda Mədəniyyət və Turizm İlinin açılış mərasimində də iştirak edəcəklər.

Etikxeber.az

Read Previous

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi – FOTO

Read Next

Əmək pensiyaları, əmanətlər, dövlət gerbi, dövlət himni və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir