Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri başlayıb.
Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan hazırda Qəhrəmanmaraşdadır.
***
Ərdoğan Qəhrəmanmaraşdakı “Çadırkent”də zəlzələzən ziyan çəkmiş insanlarla görüşür.
14:44
***
Türkiyə Prezidenti son durumla bağlı açıqlama verir.
O, bildirib ki, zəlzələ nəticəsində ölənlərin sayı 8574-ə çatıb.
Onun sözlərinə görə, yaralı sayı isə 49 min 133 nəfərdir.
Eyni zamanda, uçmuş, dağılmış bina sayı 6444-dür.
Ərdoğan açıqlamasında insanları ancaq rəsmi qurumların məlumatlarına etibar etməyə çağırıb.
Sonra “Vətəndaşlarımızın küçələrdə qalmasına razı ola, dözə bilmərik”-deyən Ərdoğan Türkiyənin başqa bölgələrindəki bir sıra otellərlə danışıqlar aparldığını sözlərinə əlavə edib.
Ərdoğan həmçinin “Təxribatlara fürsət verənlərə fürsət verməyəcəyik”-deyə, bildirib.
14:50
***
Ərdoğan hazırda Hataydadır və orada açıqlama verir.
Qeyd edib ki, Hataydakı ağır vəziyyət Qəhrəmanmaraşdakından heç də fərqlənmir.
19:13
***
“Bu gün birlik, bərabərlik günüdür”-deyən Ərdoğan qarşıdakı bir il ərzində zəlzələdən ziyan çəkən insanların ev-mənzillə təmin olunacağını bildirib.
“Bu gün bizim üçün bir sınaq günüdür”-deyən Ərdoğan Türkiyənin bu sınaqdan da üzüağ çıxacağını bəyan edib.
O, bildirib ki, hazırda zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə, xəsarət alanların sayı isə 52 min 979 nəfərə çatıb.
19:20
***
Ərdoğan hazırda Adana şəhərindədir.
O, zəlzələdən ziyan çəkmiş insanlarla görüşür.
Etikxeber.az