Ərdoğana ən ciddi rəqib-AKŞƏNƏRİN PARTİYASI SABAH ELAN OLUNACAQ – YENİLƏNİB

İki gün sonra Türkiyənin nüfuzlu və çəkili siyasilərindən olan əski MHP-li Meral Akşənərin lideri olduğu yeni sağ-mərkəzçi  partiyanın təsis yığncağı keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, təsis yığıncağı Ankarada yerləşən Nazim Hikmət Kültür Mərkəzində düzənlənəcək.

Təsis yığıncağında 2 minə yaxın Akşənər tərəfdarının iştirakı gözlənilir.

Təsis yığıncağında həmçinin yeni pariyanın adı, 200 nəfərdən ibarət “Qurucular Kurulu” açıqlanacaq.

Onu da qeyd edək ki, Akşənər tərəfdarlarının sayı gündən-günə artır.

Bu gün daha bir tanınmış isim-CXP İzmir millət vəkili Aytun Çıray üzvü olduğu partiyadan istefa verərək, Akşənərin partiyasına qatılıb.

O, istefa verməzdən öncə CXP lideri Kamal Kılıcdaroğlu ilə təxminən 45 dəqiqə çəkən bir görüş gerçəkləşdirib və istefa qərarını da məhz bu görüşdən sonra açıqlayıb.

A. Çıray Kılıcdaroğlunun  onun istefasına və yeni partiyaya qoşulmasına siyasi mədəniyyət və nəzakət çərçivəsində yanaşdığını da bildirib.

Bununla yanaşı, Türkiyənin tanınmış sənət adamlarından olan və qatı solçu kimi tanınan Onur Aydın da Akşənərin partiyasına üz tutub.

Solçu kimliyindən imtina etmədiyini və yeni partiyadaşlarının bununla bağlı ona heç bir basqı yapmadığını deyən Aydın Akşənərin partiyasını “Bir buluşma mərkəzi” adlandırıb.

***

Akşənərin liderlik etdiyi partiyanın təsis və elan olunmasına saatlar qalır.

Sabah yeni partiya elan və təsis olunacaq.

Bəs görəsən, yeni partiyada  hansı tanınmışlar  var və daha hansı nüfuzlu isimlər yer alacaqlar?

 SİYAHI:

-Qaziantep millət vəkili Ümit Özdağ

-İsparta millət vəkili Nuri Outan

-Balıkəsir millət vəkili İsmayıl Ok

-Kayseri millət vəkili Yusif Halaçoğlu

-İzmir millət vəkili Aytun Çıray

-Keçmiş nazir Koray Aydın

-Sabiq dövlət naziri Ayfər Yılmaz

-Əski dövlət naziri Əhəd Əndican

– Əməkli SAT komandosu Əli Türkşən

– Mustafa Kamal Atatürkün əmisinin nəvısi Hayreddin Oytun Söğütlügilin qızı Selin Söğütlügil

-Aşıq Veysəlin nəvəsi Çiğdem Özər

– Sabiq deputat Cevher Cevheri

-Keçmiş nazir Suat Çağlayan

-Sabiq millət vəkili Kazım Atağolu

-Tanınmış telejurnalist Ruhat Mengü və sair

 

AYDİN CİRAY

onur aydın

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Cavid haqda film çəkərkən Azərbaycan nigaran günlər içərisindəydi…” – AKADEMİK YAZIR – VİDEO

Read Next

Horadizin şəhər statusu almasından 10 il ötür – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir