Ərdoğana daha bir səlahiyyət verildi – Birbaşa rektor təyin etmək

Türkiyə prezidentinə dövlət universitetlərinə birbaşa rektor təyin etmək səlahiyyəti verilib.

Etikxeber.az  məlumat verir ki, bu, “Resmi Qazete”də dərc edilən qərarnamədə əksini tapıb.

Qeyd edək ki, 1992-ci ildən Türkiyədə dövlət universitetlərində seçki əsasında ən çox səs toplamış 3 namizəd müəyyən edilib və Ali Təhsil Şurası bu namizədləri prezidentə təqdim edib. Prezident də bu üç namizəddən birini rektor təyin edib. Yeni qaydaya əsasən isə  artıq universitetlərdə rektorluğa namizədlərin müəyyənləşdirilməsi üçün seçki keçirilməyəcək. Ali Təhsil Şurası professor kimi ən azı 3 il fəaliyyət göstərmiş 3 namizədi müəyyən edərək prezidentə təqdim edəcək. Prezident bir ay ərzində Ali Təhsil Şurasının irəli sürdüyü 3 namizəddən birini rektor təyin etməsə və Ali Təhsil Şurası da iki həftə ərzində yeni namizəd təqdim etməməsi halında birbaşa universitetə rektor təyin edəcək. Dərnək universitetlərinin rektorları isə dərnəklərin idarəetmə orqanlarının Ali Təhsil Şurasına tövsiyəsi və Ali Təhsil Şurasının müsbət rəy verməsi əsasında prezident tərəfindən təyin olunacaq. Rektorların səlahiyyət müddəti 4 ildir.

Etikxeber.az

Read Previous

Parlament seçkilərinin ikinci turu başa çatdı – YENİLƏNİB

Read Next

Şans kimdən yanadır – Sandudan, yoxsa, Dodondan? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir