Ərdoğandan Putinə: “Narahat olmayın, itki ilə üzləşməyəcəksiniz…”

Ankara Moskvaya iki ölkə arasında ticarət hesablaşmalarını milli valyutalarla aparmağı təklif edib.
Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
Ərdoğan Çin və İrana da hesablaşmaları milli valyutalarla aparmağı təklif etdiyini bildirib: “Onlar bu təklifi qəbul edib. Biz mərkəzi banklarımıza müvafiq göstərişlər verdik, çalışacağıq xarici ticarət əlaqələrimizi bu yola yönəldək”, – deyə Ərdoğan bildirib.
Rəcəb Tayyip Ərdoğan Türkiyə vətəndaşlarını valyuta ehtiyatlarını qızıla və ya lirəyə çevirməyi təklif edib: “Valyuta təzyiq vasitəsidir. Nəyə görə biz ehtiyatlarımızı təzyiq vasitəsinə çevirməliyik? Xarici valyutanı döşək altında saxlayanlar bu vəsaitləri lirə və ya qızıla çevirməlidirlər. Gəlin milli dəyərlərimizi dəstəkləyək. Bu Türkiyəyə təzyiq göstərməyə çalışanlara cavab olacaq. Narahat olmayın, itki ilə üzləşməyəcəksiniz”.

Etikxeber.az

Read Previous

Özbəkistanda prezident seçkiləridir…

Read Next

Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir