“Ərdoğanın rəhbərliyi altında Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

Read Previous

“Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”-ŞARL MİŞEL – FOTO-VİDEO – YENİLƏNİB – (7)

Read Next

Türkiyə prezident və parlament seçkiləri: ƏRDOĞAN VƏ YSK-DAN İLKİN AÇIQLAMA GƏLDİ, SEÇKİ SONUCLARI İLƏ BAĞLI MƏHDUDİYYƏT ARADAN QALDIRILDI, İMAMOĞLU VƏ YAVAŞ “ANADOLU”YA QARŞI CİDDİ İTTİHAMLAR SƏSLƏNDİRDİ, “NET” OLARAQ ÖNDƏYİK”-DEDİ, ƏRDOĞAN İSƏ “MİLLİ İRADƏNİN TƏZAHÜRÜNÜ GÖZLƏYİRİK”-SÖYLƏDİ – YENİLƏNİB – (23)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir