Ərdoğanla Putin bir araya gələcək – BU GÜN

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bu gün- avqustun 27-də Rusiyaya işgüzar səfərə gedəcək.

Etikxeber.az “Anadolu”-ya istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkə başçılarının görüşü olacaq. Tərəflərin ikitərəfli və nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulub.

Görüşlərdə Türkiyə-Rusiya ikitərəfli əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək, həmçinin bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti dünyanın aparıcı tədbirlərindən olan MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında da iştirak edəcək.

Etikxeber.az

Read Previous

Xorvatiya Azərbaycanla oyun öncəsi “itki”lə üzləşdi – KRAMARİÇ ƏMƏLİYYAT OLUNACAQ

Read Next

“Bu, Qərbin maraqlarına ziddir…” – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir