“Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin strateji əhəmiyyətli prioritetlərindəndir”-BAŞ NAZİR

İyunun 3-də Azərbaycanın Baş naziri Əli Əsədov Minskdə keçirilən “Avrasiya İqtisadi Birliyinin ərzaq təhlükəsizliyi” adlı plenar sessiyasında qonaq qismində iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, plenar sessiyada çıxış edən Əli Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə çəkib.

Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib.

Qeyd olunub ki, kompleks tədbirlər nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının həcmi ötən il 3% artıb. Eyni zamanda, heyvandarlıq məhsullarının istehsalında artım 3,2%, bitkiçilikdə isə 2,7% təşkil edib.

“Müsbət tendensiya bu il də davam edir. İlin ilk 4 ayında kənd təsərrüfatı istehsalı 1,6% artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5%, bitkiçilik məhsullarının istehsalı isə 2,7% artıb”, – Əli Əsədov əlavə edib.

Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə, tərəvəz, kartof, yumurta, ət və süd məhsulları üzrə özünütəminlik səviyyəsi 80 faizi ötüb.

Baş nazir həmçinin ötən ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft/qaz ixracının təxminən 10% artdığını qeyd edib.

Etikxeber.az

#

Read Previous

Nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir-DƏYİŞİKLİK

Read Next

“Atası rəhmətə gedəndə cəmi 16 yaşı var idi…Atasından sonra evin bütün yükü, çətinliyi onun çiyinlərinə düşmüşdü…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, DÖRD MEDALLI MİRMƏHƏMMƏDƏLİ RZAZADƏNİN ANASI GÜLBƏNİZ RZAZADƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir