Ərzurumda Heydər Əliyev Parkı və Azərbaycan prospekti açılacaq

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yeni salınan prospektlərdən birinə Azərbaycan adı veriləcək. Bu prospektin ərazisində yerləşən ən böyük park isə ümummilli lider Heydər Əliyevin adını daşıyacaq.

Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğundan Etikxeber.az-a verilən məlumata görə, bu münasibətlə mayın 10-da Ərzurum Nəcip Fazıl Kısakürək Mədəniyyət Sarayında geniş toplantı keçiriləcək.

Toplantı çərçivəsində ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyatına həsr olunan panel iclası təşkil ediləcək.

Sonra Heydər Əliyev Parkının və Azərbaycan prospektinin rəsmi açılışı olacaq.

Etikxeber.az

Read Previous

Nigeriyada ağır yol qəzası 26 can aldı

Read Next

Fransızlar ya Makron, ya da Le Pen deyəcəklər – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir