“Bu səsvermə bir yoxlamadır. Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək”.
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O. Əsədov bildirib ki, seçkinin gedişatını səhər tezdən müşahidə edir: “Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq”.
Etikxeber.az