Əsədov: “Təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə idarəetmənin gücləndirilməsini tələb edirdi”

Milli Məclisin sədri Oqtay Əsədov ümumxalq səsverməsini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamenti üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Oqtay Əsədov ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etdiklərinə görə Britaniya parlamentinin nümayəndə heyətinə minnətdarlığını bildirib. O, referendumun beynəlxalq standartlara uyğun keçirildiyini deyib. Min məntəqədə veb-kameraların quraşdırıldığını söyləyən Milli Məclisin sədri bildirib ki, bu məntəqələrdə səsverməni onlayn izləmək mümkün idi.

O. Əsədov referendumun Azərbaycan və onun gələcəyi üçün əhəmiyyətini xüsusi qeyd edib. O vurğulayıb ki, dünyada və regionda baş verən təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun və idarəetmənin gücləndirilməsini tələb edirdi.

Nümayəndə heyətinin üzvü Lord David Evans referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərinin onlarda xoş təəssüratlar yaratdığını deyib. O bildirib ki, Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir. Altı seçki məntəqəsində müşahidə apardıqlarını söyləyən Lord David Evans əhalinin referenduma marağını və səsvermədə fəal iştirakını xüsusi vurğulayıb.

Etikxeber.az

Read Previous

“Gənclər siyasəti haqqında” qanun dəyişdirilir…

Read Next

“Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanlara başlanılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir