“Əsas diqqət seçki olsun…” – LƏMAN ƏLƏŞRƏFQIZIDAN KİV-LƏRƏ, HƏMKARLARINA İRAD…

Dünəndən sükut içində baxıram.Real tv-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər! Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər- hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər -onlar da bu dairəni dilə gətirmək istəmirlər.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı deyib.

O, deyib ki, sabah 117 saylı dairənin qərarından şikayətini MSK-ya ünvanlayacaq.

“Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının xeyrinə saxtalaşdırıblar.. Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar. yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim. Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?P.S. statusuma köhnə iş yerimlə bağlı təhqir yazanı dostluqdan çıxaracam. Xahiş edirəm əsas diqqət seçki olsun”-deyə, L. Ələşrəfqızı sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, Xalq Cəbhəsinin iclası deyil, Mərkəzi Seçki Komissiyasının iclası keçirilir…” – MSK-NIN KATİBİNDƏN ETİRAZ

Read Next

“Prezidentimiz yenidən tarix yazdı…” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir