Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H. Babaoğlu bildirib ki, hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir. Onun sözlərinə görə, bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə, daha formal xarakterli, estetik tərəfdən dəyişikliyə üstünlük verilir:
“Təbii ki, bu da olmalıdır. Ancaq əsas məsələ efirdəki verilişlərin məzmununun keyfiyyətinə dəyişiklik etməkdir ki, bu da çox əhəmiyyətli məsələdir. Ona görə də, bu istiqamətdə İTV əlahiddə statusa və missiyaya malikdir. Çünki onu digərlərindən fərqləndirən məxsusi cəhətlər var. Eyni zamanda, İctimai Televiziyada bu istiqamətdə görüləsi işlər də çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlərin siyahısına baxdıqda, bu şəxslərin bir çoxlarının fəalyyəti ilə yaxından tanışam. Burada ölkənin idman həyatlnda mühüm rol oynayan şəxslər var. Onlardan Yusif Babanlı və Orxan Muxtarov mənim seçildiyim rayonun ərazində çalışırlar və fəaliyyətləri ilə yaxından tanışam. Eləcə də, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Azərbaycan musiqi tarixini dərindən bilir, musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir”.
H. Babaoğlu qeyd edib ki, efir məkanında mənəvi dəyərlərin qorunması, təbliği, bununla bağlı süjetlərin, filmlərin yaradılması çox vacibdir:
“Bu gün din Azərbaycan cəmiyyətininn əsas tərkib hissəsi olmaqla cəmiyyətdəki davranışlarımızın keyfiyyətini, mənəvi dəyərlərimizin keyfiyyətini müəyyənləşdirir. Prezident İham Əliyev qeyd edir ki, bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir. Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev İTV-nin işinin bu istiqamətdə qurulmasına köməklik göstərəcək”.
Etikxeber.az