“Əsas məsələ tezliklə və elliklə bu bəladan qurtulmağımızdır, odur ki…”-MİLLƏT VƏKİLİ OPERATİV QƏRARGANIN SON QƏRARINDAN DANIŞDI VƏ ONU DƏSTƏKLƏDİ

Pandemiya ilə bağlı tətbiq edilmiş karantin və sərtləşdirilmiş (14 bölgədə) xüsusi karantin rejimi son günlər artıq öz müsbət nəticələrini verməkdədir. Artıq həm yoluxma, həm də ölüm saylarında azalma müşahidə olunmaqdadır. Xüsusilə də, yoluxmada çox ciddi azalma özünü göstərməkdə, həmçinin, sağalananların sayında əməlli-başlı sıçrayış, artım yaşanmaqdadır. Bugünkü məlumata görə, dünən və srağagünlə müqayisədə yoluxmada növbəti azalma yaşanıb, cəmi 241 yoluxma qeydə alınıb, eləcə də, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bunlar yaxşı göstəricilərdir və müsbətə, yəni, yoluxmalarda azalmaya, sağalmada artıma doğru dinamikanı bundan sonra da qoruyub-saxlamaq lazımdır. Əgər belə olarsa, yəni, karantin qaydalarına, Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, qərarlarına, ölkə Prezidentinin çağırışlarına əməl olunmaqda davam edilərsə, o zaman daha müsbət, daha effektli nəticələr əldə edə və tezliklə koronavirus bəlasından xilas ola, qurtula, bir dövlət, xalq olaraq, öz əvvəlki-normal həyatımıza dönə bilərik.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Bildirib ki, dövlətin, hökumətin, aidiyyatın orqanların gördüyü işlərlə, atdığı saysız addımlarla yanaşı, bu məsələdə vətəndaşlar, fərdlər olaraq özümüzdən də çox şeylər asılıdır.

“Yəni, tibbi maskalardan, əlcəklərdən istafə etməklə, sosil məsafəni gözləməklə, ehtiyac və zərurət olmadığı təqdirdə, yaşayış yerimizi tərk etmədikcə, digər vacib şərtləri yerinə yetirdikcə, həm özümüzün işini yüngülləşdirmiş, özümüzü və yaxınlarımızı, ərtafımızdakı insanları qorumuş olarıq, həm də bu son 5-6 ayda çiynini bütün çətinliklərin altına verən, öz vətəndaşının sağlamlığı naminə bütün risqlərə, addımlara gedən dövlətin, dövlətimizin işini yüngülləşdirmik, yükünü azaltmış olarıq. Son günlərin müsbət dinamikası da məhz buna bir növ işarətdir. Ona görə bir az da səbrli, bir az da təmkinli, bir az da dözümlü, bir az diqqətli və məsuliyyətli olmalıyıq.

Bilirəm, hamı yorulub, hamı bezib, hamı tükənib, hamının əsəbləri tarıma çəkilib, bəzi digər çətinliklər var, amma neyləmək olar, özümüz, yaxınlarımız, sağlamlığımız, dövlətimizin gələcəyi, inkişafı naminə növbəti dönəmdə də dözümlü, səbrli olmalı, bütün qaydalara, şərtlərə, qərarlara sonunadək və istisnasız əməl etməliyik. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün verdiyi qərarı dəstəkləyirəm. Hesab edirəm ki, bu, yerində olan bir qərardır. Eyni zamanda, Operativ Qərargahda keçirilmiş son brifində dövlət və hökumət rəsmilərinin səsləndirdikləri fikirlərlə, tövsiyələrlə tam razıyam və həmrəyəm.

Bəzi yumşaldılmalar olub və müsbət dinamika davam edəcəyi təqdirdə, növbəti yumşaldılmalar da olacaq, istisna deyil. Amma indiki dönəmdə birdən-birdən bütün yumşaldılmalara da gedilə bilməz, bir dəfə gedildi və bunun ciddi fəsadlarını yaşadıq. Yenə də qeyd edirəm ki, əsas məsələ tezliklə və elliklə bu bəladan qurtulmağımızdır. Odur ki, bir daha seçicilərimə, vətəndaşlarımıza səslənərək çağırış etmək istəyirəm ki, növbəti dönəmdə də bütün deyilənlərə riayət və əməl etsinlər, biz birlikdə güclü və birlikdə xilas ola bilərik. Biz birlikdə güclü və birlikdə xilas olacağıq“-deyə, millət vəkili sözlərinə əlavə edib.

23:59

Etikxeber.az

Read Previous

“Əvvəlki həyat tərzimizə qayıtmaq üçün bir müddət daha səbirli və təmkinli olmağınızı xahiş edirəm”-FATMA YILDIRIMDAN SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ

Read Next

İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər…-QƏNİRƏ PAŞAYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir