“Əsas odur ki, seçicinin səsi həmişə bizə çatır…”-BƏHRUZ MƏHƏRRƏMOV

Operativ Qərargahın son açıqlamasından bu qənaətə gəlirəm ki, iyunun ilk həftəsində görüşə biləcəyik. Qəbul qrafiki barədə səhifədə elan veriləcək. Qəbulun bütün kəndlərdə, ayrıca keçirilməsinə çalışacağıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bu günə qədər rayona gəlişimiz karantin tədbirləri ilə bağlı ləngiyir. Prinsipcə qanunvericilik deputatın karantin dövründə hərəkəti üçün məhdudiyyət yaratmır. Lakin biz insanlarımızın sosial məsafəyə əməl etməməsi, bununla bağlı qarşıya çıxa biləcək narahatlıqları nəzərə alaraq prosesi ləngidirdik. Üz-üzə canlı olaraq, yaxud başqa formada, əsas odur ki, seçicinin səsi həmişə bizə çatır. Onsuz da 24 saat vətəndaşın müraciətlərini qəbul edirik. Şəxsi telefonum bütün mümkün hallarda(iclaslar, görüşlər xaric) seçiciyə açıqdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-DAHA 3 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Read Next

“Xəstəxana ilə əlaqə saxladım, məlum oldu ki…”-AYDIN MİRZƏZADƏ MİNGƏÇEVİRDƏ BAŞ VERƏN HADİSƏDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir