“Əsas təşkilatlarda, qurumlarda çalışan qadınların sayı deyil, görülən işdir…”-BAHAR MURADOVA

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilir.

Etikxeber.az xəbər verir ki, dinləmə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul edilməsinin 15 illiyi ərəfəsinə təsadüf edir.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaq və beləliklə, gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət və qayğı göstərilir”.

Bu fikirləri MM-in Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədri Hicran Hüseynova deyib.

Komitə sədri diqqətə çatdırıb ki, gender bərabərliyinin təmin edilməsinə nəzarət mühüm əhəmiyyət kəsb edir:

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun ölkəmizdə gender bərabərliyi sahəsindəki məsələləri tənzimləyir”.

“Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar. Azərbaycanda qadına həmişə hörmət olub, hər zaman Ana adı uca tutulub”.

Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul edilməsindən artıq 15 il ötür.

Onun sözlərinə görə, zaman keçdikcə bütün sahələrdə olduğu kimi qanunlarda da dəyişikliklərin edilməsi vacibdir:

“Düşünürəm ki, dövlət qurumlarının təqdim etdiyi bütün hesabatlar cins kateqoriyasına uyğun şəkildə aparılmalıdır. Gender həssas yanaşmanı özündə əks etdirməlidir.

Əsas təşkilatlarda, qurumlarda çalışan qadınların sayı deyil, görülən işdir. Gender mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirməliyik. Bütün səviyyələrdə hər sahədə təlimlərin aparılması məqsədəuyğun olardı”.

Etikxeber.az

Read Previous

YAP-ın qurultayının harada və saat neçədə baş tutacağı-BU GÜN AÇIQLANA BİLƏR…

Read Next

Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının sənədi kimi-YAYILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir