Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
YAP-ın sədr müavini Əli Əhmədov geniş status yazıb, faktiki olaraq xalqı seçkilər mövzusunda qorxutmağa çalışlr, sətiraltı boykota çağırır, xalqa deyir ki, seçki təhlükəli sürəcdir, oturun evdə, özümüz həll edəcəyik.
İkinci tezisi də İnternet TV-lərin təhlükəsi haqqındadır, deyir ki, baxmayın, hamısı düşmən qüvvələrə çalışır, izləməyin, hamısı yalan danışır.
Etikxeber.az xəbər verir ki, bunu “REAL”-ın rəhbər şəxslərindən olan, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli dilə gətirib.
“Hörmətli Əli müəllim, Siz illərdir rəsmi TV-ləri yalan maşınına, monoloq yuvasına döndərmisiniz, alternativ fikir yox, debat yox, diskussiya yox – Siz bizim əlimizdən böyük ekranı (TV) aldınız, amma biz də kiçik ekranı (mobil telefon, planşet, kompyuter) sizdən alıb rəsmi TV-ləri neytrallaşdırdıq”-deyə, qeyd edən N. Cəfərlinin iddiaaına görə, çünki insanlar həqiqət eşitmək istəyirlər, monoton monoloq rejimindən beziblər.
“Xub, internet TV-lərə az insanın baxmasını istəyirsizsə, sizə normal yol göstərə bilərəm – senzuranı qaldırın, alternativ fikri TV-lərə buraxın, canı diskussiyalara şərait yaradın, əsl debatlara imkan tanıyın – olsun, bitsin! Necədi, edək?…”-deyə, o, sonra sözlərinə əlavə edib.
Etikxeber.az