“Əsl həqiqətlər üzə çıxarılacaq” – AMAŞOV MUXTARLI İLƏ BAĞLI MƏSƏLƏNİN NƏZARƏTƏ GÖTÜRÜLDÜYÜNÜ BİLDİRDİ

Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, AMŞ olaraq Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxlayıb, müzakirə aparıblar.

afqan-1

“Məsələ Pentensiar Xidmətin diqqətindədir.

Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq.

Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcək“-deyə, AMŞ sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik…” – POLİTOLOQ

Read Next

QDİƏT PM-in Soçidə komitə iclası keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir