“Əslində bu günlərdə bəlkə də başqa mövzularda yazmanın yeri deyil…Amma həm də yeri və zamanıdır…”-TANINMIŞ JURNALİST AZADƏ BALAYEVANIN MÜRACİƏTİ

Ölkəmizdə vəziyyət həqiqətən ağırdır, xəstə sayının artması, cavan-cavan insanların vaxtsız həyata vida etmələri başqa bir şey düşünməyə imkan vermir.

Amma həyat davam edir. Kim bu müharibədən sağ çıxacaqsa həyat onlarla davam edəcək.

Ümid edirəm ki, riskli bir sahədə çalışsaq da, həkimlərdən sonra ən ciddi itki jurnalistika sahəsində olsa biz də sağ qalıb həyatımıza davam edəcəyik.

Yəni? ilk mübarizəmiz həm işimizi layiqincə görmək və sağ qalmaq, xəstələnməmək uğrundadır. Bunun üçün ilk növbədə özümüz özümüzü, sonra da Tanrı bütün həmkarlarımı qorusun. Media məkanda digər gündəm də mətbuatımızın 145 illiyi ərəfəsində illərlə bu sahədə xidmət etmiş media nümayəndələrinin əməklərinin qiymətləndirilməsir.

Qəbul olunmuş etik normalara görə əslində insanın dəyərini onun çevrəsindəkilər verər, onlar qiymətləndirər. Bizdə də belədir, abırlı, qürurlu insanlar hər zaman kənardakılardan dəyərini alacağını gözləyir. Amma media sektorunda son illər baş verənlər göstərdi ki, bunu çox vaxt ya görmürlər, ya da görmək istəmirlər. Deyirlər, “Titanik” batarkən xilas ola bilməyənlərək dənizin dibinə gömülənlər əsasən daha abırlı, nəzakətli olanlar imiş. Həyasızlıq qabiliyyətləri daha çox inkişaf edənlər nəzakətlə dayanıb növbələrini gözləyənləri basıb keçərək xilas ola biliblər.

Ötən gün dəyərli həmkarım, “Titanik”dəki kimi abırla dəyərləndirilmə növbəsini gözləyən Səadət Məmmədovanın yazdığını oxudum və ona çox haqq verdim və düşünürəm ki, şərəflə jurnalistikada fəaliyyət göstərmiş şəxslərin özlərini bir daha tanıtmalarına ehtiyac var. Mən də qısaca jurnalistika tarixçəmi paylaşmaq istərdim. Öncə qeyd edim ki, jurnalistikaya təsadüfən gələnlərdən deyiləm.

Atamın, “sən o fakültəyə qəbul oluna bilməzsən, orada müsabiqə çox yüksəkdir, Tibb Universitetinə qəbul olunmaq daha rahatdır, ora verək sənədlərini” deyərək israrlı etirazlarına baxmayaraq “ora mümkün deyilsə də heç olmasa jurnalistikaya yaxın bir yer olsun, heç olmasa Xarici Dillər Unuversitetinə verək sənədlərimi” deyərək arzularımın arxasınca gedərək jurnalistika fakültəsinə qəul olunaraq bu peşəyə yiyələnmişəm.

Tələbəlik illərim 90-cı illərdə Azərbaycan radiosu ilə əməkdaşlığı nəzərə almasam aktiv jurnalist fəaliyyətim 1998-ci ildən “525-ci qəzet”dən başlayıb. 2004-cü ilə qədər çap mediada çalışmışam. 2004-cü ildən qısa fasilələrlə televizyadayam. 8 il ANS televizyasında çalışmışam və 7 ilə yaxındır ki, qısa fasilələr istisna olmaqla Space TV-də çalışıram. ANS-də çalışarkan “Doğruya Doğru” layihəsi şərçivəsində araşdırmalar da daxil olmaqla Azərbaycan tarixinə dair 20 -ə yaxın filmim var. Bu gün həyatda olmayan nə qədər dəyərli insan mənim filmlərimdəki açıqlamaları ilə tarixə köçüblər.

ANS TV-də redaktor assistentliyindən baş redaktora qədər müxtəlif vəzifələrdə çalışmışam, prezident qrupunun və parlament müxbiri olmuşam. Space TV-də çalışdığım müddətdə “Üz-Üzə” tok-şousunun aparıcısı kimi fəaliyyətə başlasam da, sonralar “Hər Həftə” analitik proqramın rəhbəri, “Hər Gün” Xəbərlər Xidmətinin rəhbəri, “25-ci saat” və “Bu gün, İndi” Analitik Proqramlarının müəllifi və aparıcısı olmuşam və hazırda “Hər Gün” Xəbərlər Xidmətində redaktor kimi fəaliyyət göstərirəm.

Əslində araşdırma jurnalistikasını özümə daha yaxın bilirəm və yeni mövsümdən Space TV-də yenidən sənədli filmlərin çəkilişi ilə bağlı layihəyə başlamaq niyyətindəyəm. Amma indiki pandemiya dönəmində Xəbərlər Departamentində olmam daha məsədəuyğun bilirəm. TV-də fəaliyyətimlə yanaşı vaxt tapdıqda onlayn mediada da məqələ və tərcümələrimlə çıxış edirəm.

İstər qəzetdə, istərsə də TV-də çalışdığım dönəmlərdə gənc kadrların yetişdirilməsinə də tövhə vermişəm, bu gün yetişdirdiyim insanlardan bunu eşitdikdə qürur duyuram. Belə… Düşünürəm ki, boşuna yaşamamışam və Azərbaycan cəmiyyətinə faydalı ola, Azərbaycan jurnalistikasında bir imza yarada bilmişəm.

Ümid edirəm ki, fəaliyyətim dövlətimiz və Space TV-nin rəhbərliyi tərəfindən qiymətləndiriləcək və mən də nəhayət haqqım və ehtiyacım olan mənzilə sahib ola biləcəyəm.

Azadə BALAYEVA,

Jurnalist

Etikxeber.az

Read Previous

“Bu Sərəncam ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir…”-JALƏ ƏLİYEVA

Read Next

“Sanki tale həmin şəhidlərin müstəqillik bayramı günü “Aliyə” qəbiristanlığında, öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyir…”-ƏLCƏZAİRİN ÖLKƏMİZDƏKİ SƏFİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir