“Əsrin müqailəsini”nin imzalamasından 23 il ötür – DEPUTATLARIN RƏYİ

Eldar İbrahimov: “İlk müqavilə ötən 23 ildə necə uğurla icra olundusa, yeni Saziş də o cür uğrla icra olunacaq. Azərbaycan neft ölkəsidir və neft ölkəsi kimi də hələ uzun müddət öz sözünü deyə biləcək”

“Bu gün Azərbaycan dövlətinin və xalqımızın həyatında çozx mühüm və əlamətdar gündür. Bu gün-senyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il ötür. Bu müqavilənin Azərbaycan dövlətinin inkişafında rolu və yeri müstəsnadır, əvəzsizdir. Bu, Azərbaycanda uğrlu və tarixi neft strategiyasının əsasının qoyulduğu gündür”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədrim Eldar ibrahimov adıçəkilən komitənin  parlamentin payız sessiyası ilə bağlı sentyabrın 20-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, bu müqavəlinin baş tutması, ərsəyə gəlməsi və imzalanması da elə-belə,asan başa gəlməyib:

“Bu müqavilənin imzalanması  çox çətin və gərgin bir mərhələdən keçdi. Bir çox dairələr bu müqavilənin baş tutmasını istəmir, ona maneçilik törədirdilər. Yalnız mərhum dövlət rəhbərimiz Heydər Əliyvin siyasi iradəsi və qətiyyəti sayəsində 1994-cü ilin senyabr ayının 20-də bu tarixi müqavilə imzalandı və öz töhfələrini verməyə başladı. Bildiyiniz kimi, bu günlərdə də həmin müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı, yəni, yeni Saziş imzalandı. Bunu da 21-ci əsrin müqaviləsi hesab etmək olar. Cənab Prezident də bunu məhz bu cür səciyyələndirdi. Bu baxımdan, inanıram və qəti əminəm ki, ilk müqavilə ötən 23 ildə necə uğurla icra olundusa, yeni müqavilə də o cür uğrla icra olunacaq. Azərbaycan neft ölkəsidir və neft ölkəsi kimi də hələ uzun müddət öz sözünü deyə biləcək”.

novruzzz

Adıçəkilən komitənin üzvü Novruzəli Aslanov da “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın inkişafında və tərəqqisində, dünyada nüfuz və hörmət sahibi olmasında çox mühüm rol oynadığına diqqət çəkib.

O, bildirib ki, həmin müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması da Azərbaycanın inkişafında və tərəqqisində yeni mərhələ təşkil edəcək:

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinin və xalqının böyük nailiyyətidir. Odur ki, yeni müqavilə, Saziş də böyük nailiyyətimizdir,  o da ölkəmizin inkişafına və tərəqqisinə böyük töhfəsini verəcək”.

aydin huseynov 2156564

Komitənin üzvü Aydın Hüseynov öz növbəsində bildirib ki, yeni Sazişin imzalanması bir daha onu sübut etdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaşdır:

“Hamı ölkəmizi etibarlı tərədaş kimi qəbul edir…”

eldeniz

Komitənin digər üzvü Eldəniz Səlimov isə Etikxeber.az-a açıqlamasında bildirib ki, mətbuata açıqlamasında vurğuladığı kimi, istər “Əsrin müqaviləsi” və onun uğurlu icrası, istərsə də həmin müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Sazişin imzalanması Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun və yerinin göstəricisidir:

“Bu gün hər birimiz mərhum ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanan “Əasrin müqailəsi” ilə fəxr edir, öyünürük. Çünki bu müqavilə Azərbaycanın inkişafının açarı polunu oynadı, həmçinin, ölkəmizin müstəqilliyini, onun inkişafını istəməyən bədxahların, məkrli dairələrin üzərində sarsıdıcı, əzəmətli qələbəsi oldu. Bu müqavilənin imzalanması ilə Azərbaycan dünyada nələrə qadir ola biləcəyini və qadir olduğunu qətiyyətlə nümayiş etdirmiş oldu. İndi də çox əlamətdar haldır ki, bu müqavilənin müddətinin uzadılması ilə bağlı yeni Saziş imzalandı. Ona görə  hər kəs əmin ola bilər ki, yeni Saziş də əhəmiyyətinə və roluna görə “Əsrin müqaviləsi”ndən geri qalmayacaq, əksinə,  Azərbaycanın daha da çiçəklənməsinə, tərəqqisinə gətirib çıxaracaq”.

Etikxeber.az 

 

Read Previous

“59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub ki…” – ELDAR İBRAHİMOV

Read Next

“Heç kim Allahdan təminat almayıb ki…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir