“Əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq…” – ƏFLATUN AMAŞOV

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunduğum üçün Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.

O, qeyd edib ki, bu medal müasir dövr dövlətçiliyimizin 100 illik tarixinin olduğunu vurğulayan rəmzdir.

“Bu medalın əhəmiyyətini ifadə etmək çətindir, amma onunla təltif olunmaq qürurvericidir. Belə bir qürurlu anı yaşamaq düşünürəm ki, həm də böyük xoşbəxtlikdir.

aflat-1

Bəli, biz xoşbəxtik ki, dövlətimiz var. Cənab İlham Əliyevin Sərəncamı xoşbəxtliyi xalqımız üçün dəyərə çevirən tarixi sənəddir.

Üzərindən illər, əsrlər keçəcək, tarixdə bu sənəd qalacaq. Bir daha ölkə başçısına mənə tarixi yaşantının bir parçasında yer verdiyi üçün dərin təşəkkürümü bildirirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dünyada deputatlıqla bağlı yaş senzi yoxdur, odur ki…” – DEPUTAT

Read Next

1, 25 milyon avroluq cəza gəlir… – FRANSADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir