“Əvəz Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib” – BŞBPİ

185E4363-A9FF-4BA6-8E09-70AF71828E4D_w987_r1_s

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) jurnalist Əvəz Zeynallının polisə çağırılması barədə məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, idarədən APA-ya verilən məlumatda qeyd olunur ki, bu günlərdə “Xural”“ qəzetinin baş redaktoru Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılması haqqında açıqlama yayıb: “Mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istərdik. Vətəndaş Əvəz Zeynallı həqiqətən də sentyabrın 3-də 4-cü Polis Bölməsinə dəvət olunub. Bölmədə yeni polis sahə inspektoru təyin olunan Nadir Abbasov ərazidə yaşayan, cəzaçəkmə müəssisələrində cəza çəkmiş vətəndaşlarla görüşmək, tanış olmaq, profilaktiki söhbət aparmaq istəyib. Əvəz Zeynallı da yalnız bu məqsədlə bölməyə dəvət olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, söhbət normal iş şəraitində keçib, Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib, mərhum jurnalistlər Nəcəf Nəcəfovun və Elmar Hüseynovun adları çəkilməyib”.

Etikxeber.az

Read Previous

Selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır?

Read Next

Yağış yağacağı gözlənilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir