Əvvəl insan orqan və toxumalarının donorluğu, sonra reproduktiv sağlamlıq…

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi parlamentin payız sessiyasının qanunvericilik işləri planına salınıb. Bu qanun layihəsinin müzakirəsi və qəbul edilməsi parlamentin gündəliyindədir. Amma bundan öncə başqa bir qanun layihəsinin müzakirəsini və qəbulunu nəzərdə tuturuq.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

musa-teze

O, qeyd edib ki, “İnsan orqan və toxumalarının donorluğu haqqında” qanun layihəsinin müzakirəsinə daha tez başlanılacaq.

“Biz əvvəlcə “İnsan orqan və toxumalarının donorluğu haqqında” qanun layihəsinin müzakirəsini və qəbulunu nəzərdə tuturuq. O, artıq müzakirələrə tam hazırdır.  Reproduktiv sağlamlıqla bağlı qanun layihəsini isə məhz həmin sənədin qəbulu başa çatdıqdan sonra müzakirələrə çıxaracağıq. Bütün hallarda reproduktiv sağlamlıqla bağlı sənədin qəbulunu da vacib sayırıq, ona da ciddi ehtiyac var”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Təmiz Dünya” yeni layihənin icrasına başladı – 4 AY DAVAM EDƏCƏK

Read Next

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir