“Əvvəlki həyat tərzimizə qayıtmaq üçün bir müddət daha səbirli və təmkinli olmağınızı xahiş edirəm”-FATMA YILDIRIMDAN SEÇİCİLƏRİNƏ VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ

Ölkəmizdə mövcud sanitar-epidemioloji vəziyyətə müvafiq olaraq xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların edilməsinə qərar verilib.Sərt karantin rejimi 13 şəhər və rayonda davam etdiriləcək və həmin rayonlar sırasında Bərdə də yer alır. Qeyd edim ki, bütün qəbul olunmuş qərarlar məhz vətəndaşların sağlamlığının qorunmasına xidmət edir. Diqqət yetirsək, görəcəyik ki, sərt karantin rejiminin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Bu isə ölkə ərazisində COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, müsbət haldır ki, Bərdədə infeksiyaya yoluxma hallarında azalma müşahidə olunur. Rayon üzrə ümumi 224 yoluxma faktı qeydə alınıb, onlardan 162 nəfəri artıq sağalaraq evə buraxılıb, 52 nəfərin isə müalicəsi davam etdirilir.

“Eyni zamanda, inanırıq ki, bu müddət ərzində də insanların sağlamlığı ilə yanaşı, dövlətimiz öz vətəndaşına müvafiq sosial tədbirlər həyata keçirərək öz qayğısını göstərəcək. Koronavirus infeksiyası kimi bəladan xilas olmaq üçün dövlətin gördüyü işlərlə yanaşı, hər bir vətəndaş müvafiq qaydalara əməl edərək tibbi maskalardan mütləq şəkildə istifadə etməli və sosial izolyasiya qaydalarına riayət olunmalıdır. Əvvəlki həyat tərzimizə qayıtmaq üçün bir müddət daha səbirli və təmkinli olmağınızı sizdən xahiş edirəm. Nəzərə almaq lazımdır ki, bu qərarlar mütəxəssislər tərəfindən təhlillər aparılaraq qəbul olunur və bütün risklər dəyərləndirilir. Digər ölkələrdə göründüyü kimi xəstəliyin növbəti dalğasının qarşısını almaq üçün biz buna məcburuq.Birlik və həmrəyliyimizi göstərməyə davam edək!”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Haranı açıb, haranı bağlayırsınız, öz işinizdir…Amma kitab satışı yerləri və kitabxanalar açıq olmalıdır”-FAZİL MUSTAFADAN TƏKLİF

Read Next

“Əsas məsələ tezliklə və elliklə bu bəladan qurtulmağımızdır, odur ki…”-MİLLƏT VƏKİLİ OPERATİV QƏRARGANIN SON QƏRARINDAN DANIŞDI VƏ ONU DƏSTƏKLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir