ƏYALƏTÇİLİKDƏN MİLLİLİYƏ – Millət vəkili yazdı

Hər kəsin öz bölgəsinin qəhrəmanları, tanınmış şəxsiyyətləri ilə fəxr etməsi anlaşılan bir duyğudur.

Lakin hər kəsin məhz öz bölgəsindən olduğuna görə bir qəhrəman, tanınmış şəxsiyyətlə bağlı açılan müzakirələri özü üçün rahatsızlıq amilinə çevrməsi məhdud əyalətçilik düşüncəsindən milli dünyagörüşə yüksələ bilməməsinin bir göstəricisiidir. Ötənlərdə jurnalistin verdiyi suala cavab olaraq bir açıqlama vermişəm ki, Sovet dövründə şişirdilmiş qəhrəman obrazlarından biri də Qaçaq Nəbi olub.

Bir də baxıram ki, Zəngəzurdan, Qubadlıdan olan bəzi dostlarımızda narazılıq yaradıb və bu barədə cavab yazısı da yazmağı özlərinə borc biliblər. Həm də anlaşılmayan bir cavabdır ki, nəyə etiraz bildiriblər?

Fikrimizin özətini anlamadan verilən cavablar gerçəkdən düşündürücüdür. Söhbət Qaçaq Nəbinin qəhrəmanlığının inkarından getmir, Sovet dövründə məhz çarizmə, bəylərə, xanlara qarşı mübarizəsinə görə kəndli üsyanlarının əhəmiyyətini qaldırmaq üçün bu cür obrazların şişirdilməsindən gedir.

Yəni Sovet hökuməti təşviq edirdi ki, Qaçaq Nəbi haqqında əsərlər yazılsın, film çəkilsin, təbliğ olunsun. Əvəzində isə Azərbaycan milli davasının ən böyük qəhrəmanları olan Xosrov bəy və Sultan bəy haqqında bütün bilgiləri gizlədirdi, çünki bu qəhrəmanların tanıdılması ideoloji prinsiplərinə uyğun gəlmirdi.

fazillllllll

Məsələnin bu tərəfi üzərində çox da durmaq istəmirəm, çünki anlayanlar üçün fikrimi yetərincə açıqlamış oldum. Mövzu ilə bağlı bizi düşündürən başqa məsələdir. Nədən bu məmləkətdə Səməd Vurğunu tənqid edənlərə qarşı ilk aqressivliyi bir qazaxlı qardaşımız göstərir, Hüseyn Cavidi tənqid edənə ilk reaksiyanı naxçıvanlı verir, Cavad xan barədə tənqid səsləndirəndə gəncəlilər rahatsız olur, Qaçaq Nəbi barədə tənqid səsləndirəndə zəngəzurlu, qubadlılı narazı qalır, İbrahim xanı tənqid edənə daha çox qarabağlı etiraz edir və sairə və ilaxır.

Qəribədir, Azərbaycan tarixində mənim dəyər verdiyim ən böyük şəxsiyyət Məhəmmə Əmin Rəsulzadədir, özünü bakılı hesab edən birisi başlasa onu özəlləşdirməyə, adam havalanmazmı? Ən dəyərli aydınlarımızdan biri Xudu Məmmədovu hesab etmişəm, kimsə Xudu Məmmədovu ağdamlılaşdırsa, adam çıldırmazmı?

Olsun Üzeyir bəy, olsun Topçubaşi, olsun Sabir, Mirzə Cəlil və başqa dəyərlərimiz. Qardaşım, əyalətçilik aurasından özünüzü xilas edin, bütün qəhrəmanlar, tanınmış şəxsiyyətlər barədə haqlı-haqsız tənqidi fikirlər səsləndirilə bilər, buna həmin şəxslərin doğulduğu əyalətin təəssübü ilə cavab vermək qədər dar çərçivəyə özünüzü soxmayın, sadəcə Azərbaycanın bütövlük masştabından mövzuya diqqət yetirməyə çalışın.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Müxtəlif münaqişələr və rəqabət neftin 80 dollaradək artmasına rəvac verib” – NAZİR – FOTO – YENİLƏNİB

Read Next

Sizinlə əməkdaşlıq etmək əzmindəyəm – TRAMPDAN ƏLİYEVƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir