‪Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edildi

Əfqanıstanın güc strukturları Kabildə silahlıların hücum etdiyi Intercontinental Hotel mehmanxanasından 30 nəfəri xilas edə biliblər.

Etikxeber.az xəbər verir ki, Tolo telekanalının yaydığı məlumata görə, mühasirəyə alınmış otel binasında silahlılarla güc strukturları arasında atışma on saata yaxındır davam edir. Hücum edənlərdən ikisi öldürülüb. Hazırda binada azı bir terrorçunun qaldığı ehtimal edilir. Oteldəki insanların heç də hamısını binadan çıxarmaq mümkün olmayıb.

Hücum nəticəsində 35 nəfərin öldüyü və yaralandığı barədə məlumatlar alınıb. Lakin bu barədə hələlik rəsmi açıqlama verilməyib. Hücumun üç, yaxud dörd terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.

Etikxeber.az

Read Previous

Afrinlə bağlı düymə basıldı: “ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI BAŞLANDI – AKARDAN AÇIQLAMA GƏLDİ…, KILICDAROĞLU ALMANİYADAN TÜRK ORDUSUNA SƏSLƏNDİ- YENİLƏNİB – (10)

Read Next

“DƏMİR LEDİ”NİN “BAKI SONATASI” VƏ MÜKAFATI – Deputatın yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir