Əbülfəs Qarayev, Hacı Murad Yagizarov, Sami Yusuf… – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Prezident İlham Əliyev UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Qarayev Əbülfəs Mürsəl oğlu

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədəliyeva Sevda Yusuf qızı

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Kərimov Anar Qabil oğlu

“Tərəqqi” medalı ilə

Abbəkirov Ramil Ələkbər oğlu

Axundov Tamerlan Məmmədbağır oğlu

Əliyev Rəşad Rahib oğlu

Həsənov Seymur Qadir oğlu

İbrahimova Xumar Asif qızı

Qəmbərova Təranə Əlikram qızı.

***

Prezident həmçinin, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu il 30 iyun –10 iyul tarixlərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Təltif olunanların siyahısı aşağıdakı kimidir:

Babazadə Aygün Zeynal qızı

Bağırlı Araz Fikrət oğlu

Bayramov Rizvan Mustafa oğlu

Eyvazzadə Vasif Rasif oğlu

Əhmədov Əfsun Məzahir oğlu

Əliyeva Günay Sabir qızı

Xıdırov Ələkbər Şahmar oğlu

Pietro Laureano

Sami Yusuf.

***

İlham Əliyev eyni zamamda, Xalq artisti Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycanda dini durumda vəziyyət sabitdir” – MÜBARİZ QURBANLI

Read Next

“Neftçi”- Arsenal”- 3:0 – “NEFTÇİ” NÖVBƏTİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir