Əflatun Amaşov və İlham Əliyevi Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətində-KİM ƏVƏZLƏYƏCƏK?

Azərbaycanın-Milli Məclisin (MM) bir çox (əksər) beynəlxalq təşkilatlarda bərabərhüquqlu və ya müşahidəçi üzv qismində təmsil olunan nümayəndə heyətləri var.

Bu nümayəndə heyətlərindən biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki ( QDİƏT PM) Azərbaycan nümayəndə heyətidir.

Qeyd edək ki, bu heyətə uzun müddət sabiq deputat-akademik Asəf Hacıyev rəhbərlik edib.

Hazırda A. Hacıyev QDİƏT-də baş katib vəzifəsini icra edir.

Onu nümayəndə heyətinin rəhbəri vəzifəsində isə 5-ci dəfə MM-in üzvü olan professor Eldar Quliyev əvəzləyir.

E. Quliyev 2016-cı ildən nümayəndə heyətinin rəhbəridir.

Nümayəndə heyətində isə sonuncu-5-ci çağırışda millət vəkillərindən-professor Jalə Əliyeva, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, politoloq Aydın Mirzəzadə və sabiq deputat, Mətbuat Şurasının (AMŞ) Əflatin Amaşov təmsil olunublar.

Xatırladaq ki, Ə. Amaşov ikinci dəfə seçkilərə qatılmadığı üçün MM-dən kənarda qalıb və belə demək mümkünsə, onun Azərbaycanın nümayəndə heyətindəki yeri boşdur.

Eyni zamanda, QDİƏT PM-in bir müddət öncə İstanbulda keçirilən son toplantısında Azərbaycan əhalisinin sayı nəzərə alınaraq, nümayəndə heyətinin üzvlərinin sayı 5-dən 6-ya qaldırılıb.

Beləliklə, bundan sonra Azərbaycanı QDİƏT PM-də 6 millət vəkili təmsil edəcək.

Eyni zamanda, qeyd edək ki, nümayəndə heyətinin 6-cı üzvü sabiq deputat İlham Əliyev olsa da, onun təmsilçiliyi çox az çəkib…

Bəs görəsən, Ə. Amaşov və İ. Əliyevin yerinə kim seçiləcək?

Bu yerdə qeyd edək ki, dünyada koronavirus epidemiyası yaşandığına görə, əksər beynəlxalq təşkilatlar fəaliyyətlərini müvəqqəti olaraq, dayandırıblar.

Bu səbəbdən də yeni-6-cı çağırış MM-də Azərbaycanı beynəlxalq təşkilatlarda, o cümlədən, QDİƏT PM-də təmsil edəcək nümayəndə heyəti hələlik formalaşdırılmayıb.

Lakin bununla belə, yaxın 2-3 həftə ərzində, may ayınacan nümayəndə heyətlərinin formalaşdırılması gözlənilir.

Odur ki, QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin tərkibi məsələsinə də həmin vaxt aydınlıq gətiriləcək, yəni, heyətin yeni tərkibi o vaxt məlum olacaq, kimlərin qalacağı, kimlərin gedəcəyi, kimlərin yeni üzv kimi cəlb olunacağı o zaman dəqiq bilinəcək.

12:14, 31 mart

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və…”-VİTSE-SPİKER ADİL ƏLİYEV

Read Next

Son bir sutkada 865 nəfər koronavirusun qurbanı oldu-ABŞ-DA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir