Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində 30 şaxtaçı həlak oldu…

Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi ən az 30 şaxtaçının ölümünə səbəb olub.

Etikxeber.az  “TASS”-a istinadla xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Məlumatda 20 şaxtaçının da xəsarət aldığı qeyd olunub. Çökmə nəticəsində torpaq altında əlavə şaxtaçıların da olduğu istisna edilmir.

Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.

Etikxeber.az

Read Previous

Stavropolda mikroavtobus qəzası nəticəsində 8 azərbaycanlı yaralandı – FOTO

Read Next

“Vilyareal”ın iki futbolçusu “Bolonya”ya keçdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir